Cəmi 14 gün  paketlənmiş qidadan   uzaq durun – Bədəninizdə bunlar dəyişəcək
20 avqust 2026 13:50 (UTC +04:00)

Cəmi 14 gün paketlənmiş qidadan uzaq durun – Bədəninizdə bunlar dəyişəcək

0

Paketlənmiş və yüksək dərəcədə emal olunmuş qidalar gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu məhsullardan cəmi iki həftə uzaq durmaq belə orqanizmdə nəzərəçarpacaq dəyişikliklər yarada bilər.

Lent.az xəbər verir ki, emal olunmuş qidaların tərkibindəki yüksək duz, rafinə olunmuş şəkər və trans yağlar orqanizmdə iltihabi prosesləri gücləndirə bilər. Bu məhsullar rasiondan çıxarıldıqda isə bədənin bərpa proseslərinə daha çox enerji ayırdığı qeyd olunur.

İlk günlərdə şəkər və müxtəlif qida əlavələrinin azalması səbəbindən baş ağrısı və halsızlıq hiss edilə bilər. Lakin təxminən üçüncü gündən etibarən qanda şəkərin kəskin dəyişməsi azalır, gün ərzində yaranan yorğunluq hissi zəifləyir, diqqət yaxşılaşır.

Bir həftənin sonunda bağırsaq mikrobiotasında müsbət dəyişikliklər müşahidə olunur. Faydalı bakteriyaların artması həzmi yaxşılaşdırmağa kömək edir, köp və qaz şikayətləri azalır. Duz qəbulunun azalması nəticəsində orqanizmdə toplanan artıq maye xaric olur, şişkinlik azalır.

İki həftənin sonunda isə iltihabi proseslərin azalması dərinin görünüşünə də təsir göstərə bilər. Dəri daha canlı görünə, səhərlər oyanmaq asanlaşa, enerji səviyyəsi yüksələ bilər. Bəzi araşdırmalar göstərir ki, sağlam qidalanma insulin həssaslığının yaxşılaşmasına da müsbət təsir edir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, 14 gün ərzində hüceyrələrin özünü tam təmizləməsi və ya orqanizmin tam detoks olması kimi iddialar elmi cəhətdən tam sübut olunmayıb. Sağlamlıq üçün əsas tövsiyə uzunmüddətli olaraq emal olunmuş qidaların azaldılması, tərəvəz, meyvə, tam taxıl, paxlalılar və keyfiyyətli zülallarla zəngin balanslı qidalanmaya üstünlük verməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar