20:27
13 Aprel 2020

Türkiyədə bu tarixlərdə KOMENDANT SAATI elan edidi

“Daxili İşlər Nazirliyi koronavirus pandemiyası ilə əzmlə mübarizə aparır. Daxili İşlər nazirinin cümə günü yaranan anlaşılmazlıqdan yaranan qarışıqlıq məsuliyyətini öz üzərinə götürməsini anlayışla qarşılayırıq və onun istefa istəyini qəbul etməyərək vəzifəsini davam etdirməsini istədik. Hörmətli nazirimizin terrorla mübarizə, təbii fəlakətlər sonrası son olaraq koronavirus pandemiyasında bacarıqlı fəaliyyətlərini dəyərləndiririk”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə videokonfrans vasitəsilə nazirlərlə görüşündən sonra bildirib.

Ərdoğan pandemiya ilə mübarizə çərçivəsində gələn həftəsonu - 17-19 aprel tarixlərində 48 saatlıq komendant saatını elan edib: “Küçəyə çıxma qadağasının açıqlandığı saatda yaşanan qarışıqlığın təkrarlanmaması üçün lazım olan addımları atacağıq”.

Qeyd edək ki, Süleyman Soylu dünən ötən həftənin cümə günü Türkiyədə karantin rejiminin pozulmasına görə məsuliyyət daşıdığını irəli sürərək, istefa ərizəsi yazıb. Türkiyə Prezidenti Süleyman Soylunun istefasını qəbul etməyib.

Dİgər xəbərlər