Bakıda polis yol qəzasında öldü - YENİLƏNİB
10 aprel 2020 10:41 (UTC +04:00)

Bakıda polis yol qəzasında öldü - YENİLƏNİB

Bakıda baş verən yol qəzasında dünyasını dəyişən R.Cəfərov polis əməkdaşıdır.

APA-nın əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub. 

***

saat 10:26

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Quba rayon sakini sakini, 22 yaşlı Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 36 yaşlı  Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

 

# 1624
avatar

Oxşar yazılar