Yaşayış evində partlayış: 1 nəfər ağır xəsarət alıb
02 aprel 2020 07:24 (UTC +04:00)

Yaşayış evində partlayış: 1 nəfər ağır xəsarət alıb

 

Göygöldə evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına  görə, hadisə rayonun Yenizod kəndində qeydə alınıb.

Bekə ki, Gəncə sakini, 1966-cı il təvəllüdlü Hacıyev Fuad Sultan oğlu bədənin 70-80 faiz ağır dərəcəli yanığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda xəstənin Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilkin məlumata görə, hadisə yaşayış evində qaz sızması nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

# 715
avatar

Oxşar yazılar