Bibiheybət yolunda hərəkət məhdudlaşdırıldı
29 mart 2020 17:06 (UTC +04:00)

Bibiheybət yolunda hərəkət məhdudlaşdırıldı

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, avtomobillərin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik.

# 1358
avatar

Mehman Nəbiyev

Oxşar yazılar