Yay vaxtına hansı ölkələr keçəcək? - SİYAHI
29 mart 2020 00:00 (UTC +04:00)

Yay vaxtına hansı ölkələr keçəcək? - SİYAHI

Dünyanın bir çox ölkəsində hər il yazda saatın əqrəbləri 1 saat irəli çəkilir (yay vaxtına keçilir). Məqsəd axşamlar 1 saat daha çox, səhər 1 saat az işıqlı vaxt əldə etməkdir.

Azərbaycanda yay vaxtına keçid bir neçə ildir ləğv edilsə də, dünyanın hansı ölkəsində saatın 1 saat irəli çəkildiyini öyrənmək vacibdir. Koronavirusa görə sərhədlər bağlansa da, insanlar xaricdəki qohumları, dostları və işgüzar münasibətdə olduqları insanlarla telefon zəngi və internet vasitəsilə əlaqə yaradırlar.

 

Lent.az xəbər verir ki, ümumilikdə 71 ölkə yay vaxtına keçəcək.

Ölkələrin əksəriyyətində 2020-ci ildə yay vaxtına keçid mart ayının sonuncu bazar günü – ayın 28-də şənbə günündən 29-na – bazar gününə keçən gecə reallaşdırılır.

Proses müxtəlif ölkələrdə belə həyata keçirilir:

- Martın 28-dən 29-na keçən gecə saat 01:00-da Avropa İttifaqının bütün ölkələri (bunlar Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya, Estoniya, Latviya, Litva, Bolqarıstan, Kipr, Yunanıstan, Belçika, Avstriya, Çexiya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, İsveç, İsveçrə və digərləri) yay vaxtına keçəcək.

- Martın 28-dən 29-na keçən gecə saat 01:00-də Böyük Britaniya (Brexitə görə ayrıca göstərilir) yay vaxtı tətbiq olunacaq.

 

- Martın 28-dən 29-na keçən gecə saat 04:00-da Ukrayna, Moldova və Livan da yay vaxtına keçəcək.

- ABŞ, Kanada və Kubada yay vaxtına martın ikinci bazar günü – ayın 7-dən 8-nə keçən gecə saat 02:00-da keçilib.

 

- İsraildə keçid mart ayının sonuncu bazar günündən əvvəl – həftənin beşinci günü – martın 26-dan 27-nə keçən gecə saat 02:00-da yay vaxtı tətbiq olunub.

-Meksikada bu aprelin birinci bazar günü – ayın 4-dən 5-nə keçən gecə həyata keçiriləcək.

Saatları yay vaxtına keçirməyən, belə demək mümkünsə daim “qış vaxtı”nda yaşayan ölkələrin bəziləri bunlardır – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Özbəkistan, Tacikistan, Türkmənistan, Ermənistan, Gürcüstan, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya, Cənubi Koreya, Monqolustan, Yaponiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Maldiv, Venesuela (cəmisi 178 ölkə).

# 954
avatar

Oxşar yazılar