“Barselona”nın “70 milyon avro + 2 futbolçu” təklifi rədd edildi
23 mart 2020 15:43 (UTC +04:00)

“Barselona”nın “70 milyon avro + 2 futbolçu” təklifi rədd edildi


“Barselona” İtaliyanın “İnter” klubunun futbolçusu Lautaro Martinesdən əl çəkmir. Lent.az-ın “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumatına görə, Kataloniya klubu qarşı tərəfə yeni təkliflə müraciət edib.

Belə ki, “Barsa” Martinesin qarşılığında 70 milyon avrosundan və iki futbolçusu - Arturo Vidalla Nelson Semedodan imtina etməyə razıdır. Lakin bu təklif italyanların ürəyincə olmayıb. “İnter” rəhbərliyindən “yox” cavabını eşidən “Barselona” istəyini həyata keçirmək üçün yeni təklif hazırlamaq fikrindədir.

Qeyd edək ki, 22 yaşlı hücumçu 2018-ci ildən “İnter”in formasını geyinir. O, “neradzurra”nın heyətində ümumilikdə 66 oyunda 25 qola imza atıb.

# 1272
avatar

Oxşar yazılar