180
15:30
23 Mart 2020

Gürcüstanda qatarların və şəhərlərarası nəqliyyatın hərəkəti dayandırıldı


Gürcüstanda qatarların hərəkəti də daxil olmaqla, şəhərlərarası sərnişin daşımaları məhdudlaşdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib. Onun sözlərinə görə Qurumlararası Kordinasiya Agentliyinin qəbul etdiyi bu qərar koronavirusun ölkədaxili yayılma fazasına keçməsi ilə bağlıdır: "Ölkəmizin daxili yayılma mərhələsinə çatdığını bilirsiniz və daxili yoluxma sürətini dayandırmaq üçün əlimizdən gələni etməliyik. Buna görə də bütün şəhərlərarası nəqliyyatı, o cümlədən qatarla sərnişin daşımalarını məhdudlaşdırırıq və bu məhdudiyyət günün sonunda qüvvəyə minəcək".