Sumqayıtda fəhlənin faciəli ölümü
22 mart 2020 18:35 (UTC +04:00)

Sumqayıtda fəhlənin faciəli ölümü

Sumqayıtda kişi daş hasarın altında qalaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib. 

Fərdi yaşayış evlərindən birində fəhlə işləyən 1987-ci il təvəllüdlü Məmmədov İlham Sərxan oğlunun üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 3130
avatar

Oxşar yazılar