Azərbaycanda yapon maşınları bahalaşır - faiz açıqlandı
16 mart 2020 12:35 (UTC +04:00)

Azərbaycanda yapon maşınları bahalaşır - faiz açıqlandı

Bu ilin birinci yarısının sonuna Azərbaycana idxal olunan Yaponiya istehsallı avtomobillər təxminən 5-10% bahalaşa bilər.

Bunu "APA-Econimics"ə "Toyota Bakı Mərkəzi"nin PR meneceri Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ilin sonundan başlayaraq Yaponiyada bir çox avtomobil istehsalçısının zavodlarında rekonstruksiya işləri aparılır: "Seysmik zonalarda yerləşdikləri səbəbindən zavodlar bir yerdən digər yerlərə köçürülür. Bu, həm avtomobil yığımı, həm də avtomobil hissələrini istehsal edən zavodlara aiddir. Eyni zamanda zavodlarda çeşidləmə prosesi gedir. Bu səbəbdən avtomobil bazarında, əsasən də Yaponiya istehsallı olan avtomobillərin qıtlığı yarana bilər".

# 1594
avatar

Oxşar yazılar