Fransada daha 5 nəfər koronavirusdan öldü
10 mart 2020 15:01 (UTC +04:00)

Fransada daha 5 nəfər koronavirusdan öldü

Fransada COVID-19 virusundan ölənlərin sayı 30-a çatıb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb. 
 
Bir gün öncə bu rəqəm 25 idi, son gündə 5 nəfərin vəfat etdiyi qeyd olunub. 
Nazirlik bildirib ki, ölkədə 1412 nəfər koronavirusa yoluxub.

# 982
avatar

Oxşar yazılar