Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
03 sentyabr 2026 14:16 (UTC +04:00)

Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu

0

2026–2027-ci il mövsümü üzrə ən yaxşı smartfonların adları açıqlanıb. EISA ekspertləri əsas mükafata “Xiaomi 17T Pro” modelini layiq görüblər.

Lent.az xəbər verir ki, Avropa Görüntü və Səs Assosiasiyasının (EISA) ekspertləri smartfonu güclü texniki göstəriciləri, keyfiyyətli ekranı, kamera sistemi və uzunmüddətli batareya performansına görə yüksək qiymətləndiriblər.

EISA müxtəlif ölkələrdən texnologiya və istehlak yönümlü ixtisaslaşmış nəşrləri birləşdirir. Ekspertlər il ərzində müxtəlif cihazları sınaqdan keçirir, daha sonra isə qaliblər səsvermə yolu ilə müəyyən olunur.

Xiaomi 17T Pro əsas qalib oldu

Bu il smartfonlar arasında əsas mükafatı “Xiaomi 17T Pro” qazanıb. Ekspertlər xüsusilə onun kamera imkanlarını, ekran keyfiyyətini, güclü aparat təminatını və batareya davamlılığını vurğulayıblar.

Qatlana bilən smartfonlar kateqoriyasında isə “Honor Magic V6” ən yaxşı cihaz seçilib. Model batareyası, su və tozdan qorunması, ekranları və yüksək performansı ilə fərqlənib.

Mobil fotoqrafiya üzrə mükafat “Oppo Find X9 Ultra” modelinə verilib. EISA ekspertlərinin fikrincə, smartfonun innovativ kamera sistemi güclü zum imkanlarına malik ayrıca fotokameralara alternativ ola bilər.

Samsung iki mükafat qazandı

“Samsung Galaxy S26 Ultra” süni intellekt imkanlarına görə ilin ən yaxşı smartfonu seçilib.

Ekspertlər “Now Brief”, “Now Nudge” və “Photo Assistant” funksiyalarını xüsusi qeyd ediblər. “Photo Assistant” istifadəçilərə səsli və mətn əmrləri vasitəsilə şəkilləri redaktə etməyə imkan verir.

Bundan başqa, cihazın məxfilik və təhlükəsizlik sistemlərində maşın öyrənməsi texnologiyalarından istifadə olunması da yüksək qiymətləndirilib.

“Samsung”un ikinci mükafatı isə “Galaxy Buds4 Pro” qulaqlıqlarına verilib. EISA onların təkmilləşdirilmiş aktiv səsboğma sistemini və ətraf mühiti davamlı analiz edərək parametrləri avtomatik dəyişən süni intellekt funksiyalarını yüksək qiymətləndirib.

Qulaqlıqların təhlükəsizlik baxımından diqqətçəkən xüsusiyyətlərindən biri siren səslərini aktiv səsboğma rejimində belə istifadəçiyə ötürə bilməsidir.

Ekspertlər həmçinin telefon danışıqları zamanı səs ötürülməsinin keyfiyyətini yüksək qiymətləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar