12:37
04 Mart 2020

"Qarabağ"ın Futbol Akademiyasında məşqlər dayandırıldı - SƏBƏB

"Qarabağ"ın Futbol Akademiyasında məşqlər dayandırılıb.

Apasport.az saytının məlumatına görə, bütün komandaların hazırlığı martın 10-dək ləğv olunub.

Buna koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə səbəb olub. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə klub rəhbərliyi belə bir addımı zəruri sayıb.

Dİgər xəbərlər