Bu ilin ən zəngin adamları açıqlanıb - SİYAHI
28 fevral 2020 17:03 (UTC +04:00)

Bu ilin ən zəngin adamları açıqlanıb - SİYAHI

"Hurun" reytinq agentliyinin son araşdırmasının nəticələrinə görə, dünyada milyarderlərin sayı 346 nəfər artaraq 2 816 nəfərə çatıb. Onların ümumi sərvəti 11,2 trln. ABŞ dolları dəyərində qiymətləndirilir.

"APA-Economics"in sözügedən agentliyə istinadən verdiyi məlumata görə, son 5 ildə dünya milyarderlərinin ümumi sərvəti 66% artıb. Ən zəngin insanlar siyahısının ilk onluğunda yer almış milyarderlərin ümumi sərvəti təxminən 1 trln. dollar təşkil edir.

Bu il siyahıda 40 yaşınadək olan 90 milyarder yer alıb ki, bu da ötən illə müqayisədə 5 nəfər çoxdur. Onlardan 54-ü sərvətlərini özləri əldə edib, 36-nın sərvəti isə onlara miras qalıb.

 

2020-ci ilin ən zəngin adamları: 

#

Milyarder

Sərvəti, mlrd. dollar

1

Cozeff Bezos

140

2

Bernar Arno

107

3

Bill Qeyts

106

4

Uorren Baffet

102

5

Mark Tsukkerberq

84

6

Amansio Orteqa

81

7

Karlos Slim

72

8

Sergey Brin

68

9

Larri Peyc

67

9

Mukeş Ambani

67

9

Stiv Balmer

67

# 1754
avatar

Oxşar yazılar