“Biz hamımız bilirik ki, Xocalıda dəhşətli hərbi cinayət baş verib. Bu cinayəti edənləri isə heç bir vəchlə bağışlamaq olmaz. Çox təəssüf ki, onların hamısı məsuliyyətdən yayına bilib”. Bu sözləri Viktoriya İvleva deyir. Xocalı dəhşətlərini öz gözləri ilə görmüş rusiyalı foto-reportyor, jurnalist.
28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinə şahidlik edəcəkdi. 28 il əvvəl, elə siz bu yazını oxuduğunuz dəqiqlərdə Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun, 2-ci motoatıcı diviziyasının 366-cı polkunun 630 nəfərdən ibarət əsgər və zabiti, eləcə də onlarla bərabər olan erməni separatçılar şəhəri tam mühasirəyə alaraq gecənin düşməsini gözləyirdilər.
366-cı polkun ştatında əslində 1800 hərbçi təmsil olunurdu. 1985-ci ildə polk dislokasiya yerini Gəncədən (Kirovabad) Xankəndinə dəyişmişdi. Yeri gəlmişkən, 630 nəfərlik heyətin 49 nəfəri erməni zabit və praporşikləri idi.
Əslində, ermənilər çoxdan, necə deyərlər, bu polka tam yiyələnmişdilər. Polkun zabitləri hətta spirt müqabilində belə ermənilərin sifarişlərini can-başla yerinə yetirirdilər. Məsələn, 20 litr spirt müqabilində Şuşaya topdan bir mərmi atırdılar. Bir BMP-nin bir günlük istifadəsinə görə, onlara 5 min rubl ödənirdi. Bu tip faktlar həddən artıq çoxdu. Və bunu həmin dövrdə o ərazilərdə hərbi əməliyyatlarda iştirak etmiş çox adam təsdiqləyə bilər. Amma…
Amma 25-dən 26-na keçən gecə baş verən vəhşiliyi isə heç kim təsəvvür edə bilməzdi. Bu, əslində təkcə azərbaycanlılara qarşı yox, bəşəriyyətə qarşı, insanlığa qarşı törədilmiş cinayət idi.
Bu hücumda polkun mayor Valeri Çitçyanın komandir olduğu 1-ci batalyonu, mayor Seyran Ohanyanın komandirliyi ilə 2-ci batalyonu, mayor Yevgeni Nabokixin komandir olduğu 3-cü batalyonu, habelə polkun digər strukturları iştirak etmişdilər. Hücum zamanı zirehli tanklarla bərabər Romb Qalakçiyanın, Razdan Minoyanın, Ararat Saradcyanın, Suren Pirimyanın idarə etdiyi helikopterlər də cəlb edilmişdilər. Ayın 25-i saat 16-dan gecə saat 00-dək bu helikopterlər Xocalıya 89 raket buraxmışdılar. Hə, yaddan çıxmamış, Xocalını bombalayanlar arasında bir nəfər də vardı; Zahid əl-Muhammad. Livanlı, “Həmas” üzvü olan birisi.
Xocalıda 613 nəfər azərbaycanlı qətlə yetirilmişdi, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdü. Dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdu.
Xocalıya hücumda 366-cı polkun 51 zabit və praporşiki iştirak etmişdi:
1. Zarviqorov Yuri Yuriyeviç - 02.03.1955-ci ildə Qazaxıstanın Cambul vilayətinin Luqovaya stansiyasında anadan olub, polkun komandiri;
2. Çitçiyan Valeriy İsaakoviç - 1 saylı batalyonunun qərargah rəisinin müavini, mayor;
3. Ayriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəşfiyyat rəisi;
4. Ohanyan Seyran Muşeqoviç - 1961-ci ildə anadan olub, polkun 2-ci batalyonunun komandiri, mayor;
5. Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyonun komandirinin köməkçisi;
6. Akopyan Nerses Qrantoviç - baş leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri;
7. Arutyunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri;
8. Bəyləryan Armen Volodiyeviç - praporşik, 1-ci rotanın texniki;
9. Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starşinası;
10. Mirzoyan Vaçik Qrantoviç - 3-cü rotanın starşinası;
11. Şixanyan Andrey Artyuşeviç - 1-ci batalyonun təşkilat üzrə komandiri;
12. Xaçaturyan - 6-cı rotanın starşinası;
13. Abramyan V. V. - 2-ci batalyonun böyük texniki, praporşik;
14. Bəyləryan Sergey Yurikoviç - 2-ci batalyonun vzvod komandiri, praporşik;
15. Danilyan Armen Barinoviç - 7-ci rotanın starşinası;
16. Avanesyan - 2-ci rotanın böyük texniki;
17. Zaxaryan - zenit vzvodunun komandiri, praporşik;
18. Baqdasaryan Valeri - tank rotasının starşinası;
19. Kisəbəyyan Qriqoriy Akopoviç - rabitə rotasında vzvod komandiri, praporşik;
20. Arustamyan - rabitə rotasında böyük texnik;
21. Amelyan Qarik - yeməkxana rəisi, praporşik;
22. Avenesyan Robik - ərzaq anbarının rəisi, böyük praporşik;
23. Arutyunyan Kamo Rafaeloviç - təmir rotasının vzvod komandiri, praporşik;
24. Musaelyan - təmir rotasının vzvod komandiri;
25. Sarkisyan Aleksandr - təmir rotasında böyük texnik, praporşik;
26. Osipov Yuri - raket artilleriya anbarının rəisi;
27. Simonyan Valeri - maddi təchizat rotasının starşinası;
28. Petrosyan Aşot - məxfi hissənin rəisi, praporşik;
29. Nabokix Yevgeni - mayor, 3-cü batalyonun komandiri (arvadı erməni);
30. Lixodey İqor İvanoviç - artilleriya divizionunun komandiri, kapitan;
31. Miroşniçenko İqor - maddi təchizat rotasının komandiri, baş leytenant;
32. Smaqin - leytenant, tank divizionunun komandiri;
33. Kuznetsov Andrey - kimyəvi müdafiə rotasının komandiri, leytenant;
34. Qarmaş Viktor - baş leytenant, tank rotasının komandiri;
35. Belyazin - tank rotasında vzvod komandiri, leytenant;
36. Mirheydərov - 3-cü rotanın komandiri, baş leytenant;
37. Fotimski - 2-ci batalyonun 3-cü rotasının komandiri, kapitan;
38. Buqayenko - 2-ci batalyonun 4-cü rotasının 3-cü vzvodunun komandiri, leytenant;
39. Potapov - 2-ci batalyonun 4-cü rotasının komandiri, kapitan;
40. Krut - 2-ci batalyonun 6-cı rotasının komandiri, kapitan;
41. Savintsev - 2-ci batalyonun 4-cü rotasının komandiri, leytenant;
42. Dobranski - 2-ci batalyonun 4-cü rotasının kəşfiyyat vzvodunun komandiri, leytenant;
43. Bobolev - 2-ci batalyonun qərargah rəisi, kapitan;
44. Minin - 2-ci batalyonun komandirinin müavini, kapitan;
45. Tevosyan - 2-ci batalyonun 5-ci rotasının komandiri, kapitan;
46. Boqaçev - 3-cü batalyonun zabiti, baş leytenant;
47. Kurçatov - 3-cü batalyonun zabiti, baş leytenant;
48. Maftullin - 3-cü batalyonun zabiti, baş leytenant;
49. Kuzmanoviç - 3-cü batalyonun zabiti, baş leytenant;
50. İvanov - 3-cü batalyonun zabiti, kapitan;
51. Matveyev - 3-cü batalyonun artilleriya divizionunun komandiri, kapitan.
Başda Yuri Zarviqorov olmaqla, onların böyük əksəriyyəti İnterpol axtarışına verilib.
Bəs görəsən bu qətliamda iştirak etmiş bu şəxslər indi haradadırlar? Onların böyük əksəriyyəti hərbi hissə ləğv olunduqdan (10 mart 1992) sonra mülki həyata qayıdıblar. Polka rəhbərlik etmiş şəxslərdən bir neçəsinin sonrakı taleyi barədə məlumatları dəqiqləşdirə bildik.
Zarviqorovdan başlayaq.
Xocalıya hücum etmiş 366-cı batalyonun komandiri Zarviqorov Yuriy Yurieviç.
Hazırda Rusiyanın Pskov şəhərində yaşayır. Ünvanı belədir: Pskov şəhəri, Kiselyov küçəsi, 27
Telefon nömrələri:
mobil : +79113592954
ev (+7 8112) 44-60-00
elektron poçt ünvanı: [email protected]
1955-ci il təvəllüdlüdür. 1976-cı ildə Alma-Ata Ali ümumqoşun komandirlik məktəbini bitirib. Hal-hazırda Pskovda Alfa" sığorta şirkətində işləyir. "Alfa Sığorta"-nın Pskov filialının direktor müavinidir http://www.strahovaya-kompaniya.ru/pskov/alfastrahovanie/).
“Toyota” markalı, R555AU 60 dövlət nömrə nişanlı maşın sürür. Oğlu Konstantin Pskovda yaşayır, şirniyyat biznesi ilə məşğuldur. Qızı Zarviqorova Anastasiya Yuryevna Moskva vilayətinin Balaşixa şəhərində ticarət sahəsindədir.
Nabokix Yevgeni. Mayor, 3-cü batalyonun komandiri. Ermənilərə zirehli texnika verdiyinə görə, onlardan bir milyon yarımdan çox pul alıb. Polk ləğv olunandan sonra erməni arvadıyla birgə Yerevanda yaşayıb. Daha sonra isə Argentinaya köçüb.
Ponomaryov Vladimir Alekseyeviç. 13 iyun 1959-cu ildə Semipalatinskdə (Qazaxısan) anadan olub. Mayor rütbəsini daşıyıb. Qətliam zamanı qəddarlığı ilə xüsusi seçilib. Hazırda Rusiyanın Kemerovo vilayətinin Yurqa şəhərində Universitetdə kafedra müdiridir. Bir neçə kitabın müəllifidir. “DQR”-in fəxri vətəndaşıdır.
Elektron poçt ünvanları: [email protected]
Mobil: +7923-616-57-13
Yaşadığı ünvan: Kemerovo vilayəti Yurqa şəhəri, Kirov küçəsi ev 35, mənzil 2.
Seyran Ohanyan. 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
1999-2007-ci illərdə qondarma “DQR”in “müdafiə naziri”, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Aprel döyüşlərindəki uğursuzluqdan sonra istefaya göndərilib.
Çitçyan Valeriy İsaakoviç. 366-cı polkun 1 saylı batalyonun qərargah rəisi. Qarabağda anadan olub. Ali hərbi təhsili var. 1988 - 1992-ci illərdə 366-cı polkda xidmət edib.
1992-ci ilin sentyabrından “DQR”in baş qərargah rəisinin müavini olub. Sonra Ermənistanda cəbhənin müxtəlif istiqamətlərdə xidmət edib. 1995-ci il noyabrın 14-də avtomobil qəzasında həlak olub.
Hə, rusiyalı jurnalist haqlıdır, onlar qatildirlər, hərbi cinayətkardırlar. Öldürülən 613 nəfərin, itkin düşən yüzlərlə adamın günahı onların üzərindədir. Və Azərbaycan xalqı bu cinayəti onlara bağışlamayacaq.