Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB
19 fevral 2020 21:36 (UTC +04:00)

Bakıda çoxmərtəbəli binada yanğın söndürüldü - YENİLƏNİB

 

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

19:58

 

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

APA- xəbər verir ki, ikin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzil yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinın müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

# 1641
avatar

Oxşar yazılar