Azərbaycan filmləri festivalda nümayiş olunacaq
18 fevral 2020 11:39 (UTC +04:00)

Azərbaycan filmləri festivalda nümayiş olunacaq

İyunun 20-dən 26-dək Misirin mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. 

Lent.az-ın məlumatına görə festivalda Azərbaycan filmləri də nümayiş olunacaq.

Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Nümayiş olunacaq filmlər isə rejissor Elçin Musaoğlunun “Nabat ” və rejissor Zamin Məmmədovun “Səs” filmləridir. Bununla bağlı səfirlik Azərbaycanın Mədəniyyət Nazirliyi ilə razılığa gəlib.

Diplomat bundan əvvəl 2019-cu ilin mart ayında təşkil edilən Şarm əl-Şeyx Film Festivalında Azərbaycan tərəfinin rejissor Hilal Baydarovun "Ad günü" filmi ilə iştirak etdiyini xatırladaraq, bu iştirakın çox müvəffəqiyyətli olduğunu vurğulayıb.

Səfir, həmçinin Azərbaycanın tanınmış müğənnilərindən olan Dilarə Kazımovanın öz ansamblı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini, Azərbaycanın sözügedən festivalın fəxri qonağı olduğunu və festivalın rəhbərliyinin qədim Azərbaycan mədəniyyətini nümayiş etdirməyə çalışdığını da diqqətə çatdırıb

# 1813
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar