787
16:23
17 Fevral 2020

Bu küçədə hərəkət məhdudlaşdırılır - DİQQƏT

Fevralın 18-də səhər saatlarından Suraxanı rayonu, Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az -a verilən xəbərə görə, məhdudlaşdırılma təmir işləri ilə əlaqədardır. Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunub.