Ali məktəblərdə ixtisaslar artıq belə uyğunlaşdırılacaq
16 fevral 2020 11:16 (UTC +04:00)

Ali məktəblərdə ixtisaslar artıq belə uyğunlaşdırılacaq

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq. 

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.

Eyni zamanda Təhsil Nazirliyinə 2020-2025-ci illərdə təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

# 1701
avatar

Oxşar yazılar