Eldar Qasımov hansı müğənniyə səsləndi: "Şirə oxşayır"
15 fevral 2020 17:14 (UTC +04:00)

Eldar Qasımov hansı müğənniyə səsləndi: "Şirə oxşayır"

"O qədər plastik əməliyyat etdirib ki, şirə oxşayır"

"Efridən biz insanlara gözəl görünüş ötürməliyik. Ona görə də özünü dəyişdirməlisən. Bunu çərçivədə etməlisən".
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov "Telesəhər" verilişində deyib. İfaçı plastik əməliyyat etdirənlərdən danışıb. Eldar bildirib ki, çox plastik əməliyyat etdirməyin tərəfdarı deyil:

"Bəzi adamlar var ki, bir dəfə estetik əməliyyat edir və dayana bilmir. Başlayır çox plastik əməliyyat etdirməyə, xəstəliyə çevrilir. Bir qadın var, çox plastik əməliyyat etdirib. Sifəti şir üzünə dönüb. İnternetdə bunu tapmaq asandır.

Əməliyyatı lazımlı anda etdirmək lazımdır. Xəstəliklə bağlı problem varsa, əməliyyat olun".

# 7306
avatar

Oxşar yazılar