2507
16:28
14 Fevral 2020

Bakıda nənə öldü: nəvələr 3 gün sonra bildilər

Bakıda evdən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 90 yaşlı Kərimova Balaxanım Əmir qızının meyiti evində aşkar edilib.

Araşdırmalar zamanı B.Kərimovanın üç gün əvvəl öldüyü müəyyən edilib. Qadın evdə nəvələri ilə birgə yaşayıb. Əqli qüsuru olan uşaqlar nənələrinin öldüyünü bilməyiblər. Evdən gələn kəskin qoxudan şübhələnən qonşular mənzilə daxil olduqda qadının meyitini aşkar ediblər.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.