Musiqili Teatr Çingiz Aytmatova müraciət etdib
14 fevral 2020 14:44 (UTC +04:00)

Musiqili Teatr Çingiz Aytmatova müraciət etdib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrdan Lent.az-a verilən məlumata görə, gənc yazar Cavid Zeynallının teatrallaşdırdığı əsərin səhnə quruluşunu Anar Babalı verir. Tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.

Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – qomuz vasitəsilə həmin xalqa məxsus musiqilər səsləndiriləcək.

# 2716
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar