12:53
09 Fevral 2020

"Təşvişə ehtiyac yoxdur” - Maliyyə naziri

“Dünya bazarlarında neftin ucuzlaşması səbəbindən 2020-ci il dövlət büdcəsinin parametrlərinin yenidən baxılmasına ehtiyac görülmür”.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, neftin ucuzlaşması onun yenidən bahalaşmasını istisna etmir: “Büdcədə neftin qiyməti çox ehtiyatlı bir səviyyədə müəyyən edilib və təşvişə ehtiyac yoxdur”.

Dİgər xəbərlər