
Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında qanvermə aksiyası keçirilib
“Azərsun Holdinq”in Mərkəzi Qan Bankı ilə birgə “Qan ver – yaşat” şüarı altında başlatdığı qanvermə aksiya davam edir. Növbəti xeyriyyə aksiyası şirkətlər qrupuna məxsus Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında keçirilib.
Belə ki, talassemiyalı və hemofiliyalı xəstə uşaqlara dəstək olmaq məqsədi ilə başladılan qanvermə aksiyasına sözügedən müəssisənin rəhbərliyi, eyni zamanda istehsalat əməkdaşları könüllü olaraq qoşulublar. Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının (AKKİK) əməkdaşları əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.
Qeyd edək ki, “Azərsun Holdinq” şirkətlər qrupunun hər il ənənəvi olaraq təşkil etdiyi qanvermə aksiyasının əvvəlki illərlə müqayisədə fevralda keçirməsinin səbəbi Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədardır.
Xatırladaq ki, ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 14 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

Oxşar yazılar

Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20