Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Baxış zamanı həmin mənzilin yataq otağından Azərbaycana məxsus aksiz markası ilə markalanmayan 46100 ədəd müxtəlif markalı siqaret, mənzilin eyvanından isə 25 ədəd hər biri 1 litr olmaqla müxtəlif markalı spirtli içki aşkarlanıb.