686
14:04
05 Fevral 2020

İrandan gətirdiyi sabunun içərisindən narkotik çıxdı

Azərbaycana narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a daxil olan məlumaat görə, İrandan piyada gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılaraq şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.

Yoxlama zamanı onun əl yüklərində olan sabunların birinin içərisində gömrük nəzarətindən gizlədilən, çəkisi 74 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.