“Transkuklalar” Bakıya hansı yollarla gətirilir? - VİDEO
05 fevral 2020 11:55 (UTC +04:00)

“Transkuklalar” Bakıya hansı yollarla gətirilir? - VİDEO

Azyaşlıları sevindirmək üçün valideynlər ən çox oyuncaq almağa üstünlük verirlər. Ancaq bəzən onlar özləri də bilmədən həmin oyuncaqlarla uşaqların təhtəlşüurlarına zərərli fikirləri yeridirlər. Təəssüflə deyə bilərik ki, bu hal artıq kütləvi xarakter alıb.

Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” profilində foto paylaşıb. Belə ki, o, naməlum səbəbdən kişi cinsi orqanı ilə istehsal olunan gəlinciyin fotosunu paylaşaraq sərt tənqid edib. Mövzu ilə bağlı Lent.az-a danışan Kəmalə Ağazadə bu kimi hallarla dəfələrlə rastlaşdıqlarını və məsələni qınaq obyektinə çevirdiklərini dilə gətirib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, hər hansı qurum sözügedən problemlərə müdaxilə etməyib.

Cinsi azlıqların oyuncaqlar vasitəsilə qəsdən təbliğ edildiyini deyən birlik sədri, həmçinin nasizm kimi müxtəlif zərərli ideyaların da bu yolla təbliğindən danışıb. Kəmalə Ağazadə belə oyuncaqlarla bağlı dəfələrlə valideynlər tərəfindən şikayətlər olunduğunu və fotolar göndərildiyini də xatırladıb.

# 19177
avatar

Mehman Nəbiyev

Oxşar yazılar