Dembelenin vəziyyətinə aydınlıq gəldi: nə vaxt qayıdacaq?
04 fevral 2020 13:29 (UTC +04:00)

Dembelenin vəziyyətinə aydınlıq gəldi: nə vaxt qayıdacaq?

 

Uzun müddətdən sonra zədəsini sağaldan, lakin məşqdə yenidən sıradan çıxan “Barselona”nın futbolçusu Usman Dembelenin durumuna aydınlıq gəlib. 

Lent.az-ın məlumatına görə, tibbi müayinədən keçən fransalı oyunçunun əzələ ağrısı ilə üzləşdiyi bəlli olub.

Klubun həkimlərinin qənaətinə görə, Dembele təxminən 2 həftə yaşıl meydanlarda uzaq qalacaq. 22 yaşlı futbolçu zədəsi üzündən noyabr ayından bəri komandasına kömək edə bilmir. 

Qeyd edək ki, Usman Dembele “Barselona”ya 2017-ci ildə Dortmund “Borussiya”sından transfer olunub.

# 1207
avatar

Rizvan Babayev

Oxşar yazılar