Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək.
33 yaşlı mərakeşli ötən yay azad agent olub.
Nəticədə, "Botafogo" oyunçunu öz heyətinə dəvət etmək qərarına gəlib. Ziyeş tibbi müayinə və müqavilə imzalamaq üçün çərşənbə axşamı Rio-de-Janeyroya gedəcək.
Məlum olduğu kimi, cinah oyunçusu ötən mövsüm 16 oyunda iştirak edib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib.
Ziyeş əvvəllər "Qalatasaray", "Çelsi" və "Ayaks" klublarında da oynayıb.