Mənzillərə qənim kəsilən rayon sakinləri saxlanıldı - FOTO
28 yanvar 2020 10:31 (UTC +04:00)

Mənzillərə qənim kəsilən rayon sakinləri saxlanıldı - FOTO

Bakının Nəsimi rayonunda ev oğruları saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfəri saxlayıb. Keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulublar. Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılanlar barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi

rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

# 1009
avatar

Mehman Nəbiyev

Oxşar yazılar