Luis de la Fuente Dünya çempionatını qazanan 22-ci baş məşqçidir.
Lent.az-ın xəbərinə görə, tarixdə yalnız bir məşqçi bu titulu iki dəfə qazanıb: əfsanəvi italyan Vittorio Pozzo (1934 və 1938-ci illərdə).
Dünya çempionatının qalibi kubokunu başı üzərinə qaldıran bütün əsas məşqçilərin siyahısı.
• 2026 –cı il, Luis de la Fuente
• 2022 –ci il, Lionel Skaloni
• 2018 – ci il, Didye Deşam
• 2014 – cü il, Yoahim Löv
• 2010 –cu il, Visente del Boske
• 2006-ci il, Marçello Lippi
• 2002 –ci il, Luiz Felipe Skolari
• 1998 –ci il, Eme Jake
• 1994 –cü il, Karlos Alberto Parreyra
• 1990 –cı il, Frans Bekkenbauer
• 1986 –cı il, Karlos Bilardo
• 1982 – ci il, Entsoo Bearzot
• 1978 – ci il, Sesar Luis Menotti
• 1974 – cü il, Helmut Şön
• 1970 – ci il, Mario Zaqalo
• 1966 – cı il, Alf Ramsey
• 1962 – ci il, Aymore Moreyra
• 1958 – ci il, Visente Feola
• 1954 – cü il, Zepp Herberqer
• 1950 – ci il, Xuan Lopes
• 1938 – ci il, Vittorio Pozzo
• 1934 – cü il, Vittorio Pozzo
• 1930 – cü il, Alberto Suppiçi
Maraqlı fakt: Tarixdə yalnız üç nəfər həm oyunçu, həm də baş məşqçi kimi Dünya çempionatını qazanıb: Mario Zaqalo (Braziliya), Frans Bekkenbauer (Almaniya) və Didye Deşam (Fransa).