“Ah, bu uzun sevda yolu” tamaşası yenə oynanılacaq
24 yanvar 2020 10:21 (UTC +04:00)

“Ah, bu uzun sevda yolu” tamaşası yenə oynanılacaq

Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan “Ah, bu uzun sevda yolu” tamaşası yanvarın 28-də yenə oynanılacaq.

Lent.az xəbər verir ki, tamaşa dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

 

# 2308
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar