Azərbaycanda yaşayan əcnəbi qaçqınların sayı AÇIQLANDI
23 yanvar 2020 11:34 (UTC +04:00)

Azərbaycanda yaşayan əcnəbi qaçqınların sayı AÇIQLANDI

"Azərbaycanda dövlət tərəfindən qaçqın statusu verilən şəxslərin sayın 83 nəfərdir".

APA-nın məlumatına görə, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. Xidmət rəisi bildirib ki, bu şəxslərdən əlavə olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilən mandat əsasında ölkəmizdə yaşayan qaçqınların sayı 2101 nəfərdir.

"Ölkəmizdə bir çox ölkədən qaçqınlar var. Bunların arasında İran, Misir, Suriya, Rusiya kimi ölkələr var. Amma Azərbaycanda ən çox Əfqanıstandan gələn qaçqınlar üstünlük təşkil edir", -  V. Hüseynov bildirib. 

 

 

# 940
avatar

Oxşar yazılar