867
18:57
18 Yanvar 2020

10 evdən oğurluq edən şəxs saxlanıldı

Abşeron polisi evlərdən oğurluq edən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, narkotik vasitə ilə tutulmuş K.Əsgərovun ətrafında Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onun rayon ərazisində 10 evdən təmir-tikinti alətləri, hamam aksessuarları, məişət əşyaları, generator, elektrik naqili və elektrik avadanlıqları oğurlaması da müəyyən edilib.

Evdən daha bir oğurluq hadisəsi Binəqədi rayonunda qeydə alınıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları oğurluğa görə tutulan V.Salamovun ətrafında əməliyyat tədbirləri aparıblar. Nəticədə onun rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.