Abşeron rayonunda ər-arvadın dəm qazından boğularaq ölməsi ilə bağlı cinayət işi başlanıb.
Lent.az-ın məlumatına görə, yanvarın 15-də saat 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 68 yaşlı Yusif Bəşirov və onun həyat yoldaşı 65 yaşlı Solmaz İsmayılovanın yaşadıqları evin hamam otağında meyitləri aşkar olunub. Fakt bağlı dərhal hadisə yerinə polis, prokurorluq, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.
Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.