Bakıda yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.