Sınamağınız vacib olan ev dizaynları - FOTOLENT
09 yanvar 2020 19:54 (UTC +04:00)

Sınamağınız vacib olan ev dizaynları - FOTOLENT

Artıq 2020-ci ildəyik. Siz hələ də bu ilin trendinə uyğun evinizi dizayn etdirməmsinizsə, mütəxəssislərin sizə təqdim etdiyi fikirləri nəzərə ala bilərsiniz.

Lent.az Türkiyə mətbuatına istinadən 2020-ci il üçün sınamağınız məsləhət görülən bəzi dizayn detallarını təqdim edir: 

Həndəsi formada rənglər

2020-ci ilin ev tendensiyaları arasına mücərrəd və həndəsi dizaynlar daxildir. Xüsusilə divarlarda həndəsi rənglərə çox vaxt rast gəlinir. Bu dizaynı evinizin divarına tətbiq edə bilərsiniz.

Qat-qat olan bitkilər

Evinizin künc hissəsinə qat-qat olan bitkilər yerləşdirin.  Orta böyük və kiçik ölçüdə sırayla düzülmüş bitkilər bu ilin trendləri arasındadır.

Xalça 

Bütün otağı örtəcək böyük xalçalar da bu ilin tendensiyasıdır. Belə xalçalar evdə səsin yayılmasının da qarşısını alır.

Divarda qoyulan rəflər

Betondan düzələn rəflər artıq xeyli müddətdir dəbdədir. Bu il də daşdan hörülən rəflər trend olacaq.

Vanna otağı dizaynı

2020-ci ilin son tendensiyası olaraq, vanna otağı üçün nəzərdə tutulan bir-birini tamamlayan aksesuarlar dəbdədir. Ayrı-ayrı dizayn etmək əvəzinə, bütün lazımlı vasitələri birləşdirmək vanna otağından istifadə etməyi daha da asanlaşdıracaq.

# 2600
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar