İlham Əliyev Ukrayna və İran prezidentlərinə başsağlığı verib
08 yanvar 2020 15:04 (UTC +04:00)

İlham Əliyev Ukrayna və İran prezidentlərinə başsağlığı verib

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti  Həsən Ruhaniyə başsağlığı verib.

APA xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar