Uzun fasilədən sonra gələn “Zəng”
02 yanvar 2020 11:47 (UTC +04:00)

Uzun fasilədən sonra gələn “Zəng”

Azərbaycan Dövlət Televiziyasının “Sabah” yaradıcılıq studiyasının kollektivi uzun fasilədən sonra yaradıcı masa ətrafında toplaşıb.

Lent.az xəbər verir ki, yeni komediya filmi gəlir.

Hüseynbala Mirələmov və Dilsuz Mustafayevin hekayələri əsasında ərsəyə gələn ssenarini rejissor Şərif Qurbanəliyev ekranlaşdırıb. İki hissəli tammetrajlı televiziya filminin prodüsseri Ramiz Həsənoğludur. Rollarda Cahangir Novruzov, Cəfər Namiq Kamal, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Səyidə Quliyeva, Mirzə Ağabəyli, Qurban Məsimov, Arif Həkimoğlu çıxış edirlər.

Filmin premyerası bu gün və sabah Azərbaycan Dövlət televiziyasında saat 22:30-da olacaq.

# 3101
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar