Bu il uşaqların 90 faizindən çoxu müayinə edilib - RƏSMİ
30 dekabr 2019 14:39 (UTC +04:00)

Bu il uşaqların 90 faizindən çoxu müayinə edilib - RƏSMİ

"2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib".

Lent.az məlumat verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib. Qeyd edilib ki, bu il 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib:

"2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar