1740
12:45
27 Dekabr 2019

YAP-ın İdarə Heyətinin iclası başa çatdı - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP-ın qərargahında keçirilən iclası başa çatıb.

APA-nın xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.

***

12.07

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası başlayıb.

APA-nın xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunur.

***

11:47

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclas saat 12:00-da başlayacaq.

İclasda YAP İdarə Heyətinin üzvləri iştirak edəcək.

İclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.