Sumqayıtda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. 27 yaşlı Nadirova Nərmin Faiq qızı minik vasitəsində kondisionerin ətrafa buraxdığı dəm qazından zəhərlənib. O, əvvəlcə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Qadının vəziyyəti ağırlaşdığından sonradan onu paytaxta xəstəxanalardan birinə göndəriblər.
Faktla bağlı araşdırma aparılır.