Rusiyanın Suriyadakı aviabazasına hücumun qarşısı alınıb
24 dekabr 2019 07:15 (UTC +04:00)

Rusiyanın Suriyadakı aviabazasına hücumun qarşısı alınıb

 

Terror qruplaşmalardan olan bir qrup silahlı şəxslər Rusiyanın Suriyada yerləşən Xmeimim aviabazasına hücum etməyə çalışıblar. 

APA RİA Novostiy-yə istinadən xəbər verir ki, bu barədə rusiyalı general-mayor Yuri Borenkov bildirib. 

Onun sözlərinə görə, hadisə gecə düşməzdən bir qədər əvvəl baş verib: “Terrorçular hücum zamanı pilotsuz uçan aparatlardan istifadə ediblər. Rusiya hava hücumundan müdafiə sistemləri cənub-şərqdən hava bazasına istiaqmətləndirilmiş iki dron aşkar edərək onları məhv edib”.

General-mayor əlavə edib ki, hadisə nəticəsində itki və maddi ziyan olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar