507
12:18
21 Dekabr 2019

Axtarışdakı qadın oğurluq edərkən yaxalandı

Oğurluğa cəhd edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata əsasən, 2 nəfər naməlum şəxs dekabrın 20-də saat 16 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərib. Cinayət əməlini həyata keçirmək istəyən oğrular ərazidə xidmət aparan DİN əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Seyidov olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.