FHN-in əməkdaşı dünya çempionu oldu
14 dekabr 2019 19:57 (UTC +04:00)

FHN-in əməkdaşı dünya çempionu oldu


Dekabrın 10-13-də Ukraynanın Xarkov şəhərində şaolin sanda növü üzrə dünya çempionatı baş tutub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycanı bu yarışmada nazirliyin əməkdaşı Təbriz Qasımov təmsil edib.

O, 75 kq-lıq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, dünya çempionatında 27 ölkədən 750 idmançının qatılıb. 

# 1474
avatar

Oxşar yazılar