Bu qəzadan sürücü necə sağ çıxıb? - VİDEO
07 sentyabr 2026 15:31 (UTC +04:00)

Bu qəzadan sürücü necə sağ çıxıb? - VİDEO

0

"Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kəmərinin həyati əhəmiyyətini bir daha göstərib.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü A.Cabbarov sükan arxasında yuxuladığı üçün nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Hadisənin ağırlığına baxmayaraq, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməsi onun avtomobildən kənara atılmasının və daha ağır nəticələrlə üzləşməsinin qarşısını alıb".

Lent.az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib:

"Bu hadisədə sürücünün sükan arxasında yuxulaması qəzanı qaçılmaz edib, təhlükəsizlik kəməri isə onun həyatını xilas edib. Bu fakt bir daha göstərir ki, təhlükəsizlik kəməri sadəcə inzibati tələb deyil, qəza anında insanı ölümdən qoruyan əsas vasitələrdən biridir. Avtomobil aşarkən kəmər sürücünü oturacaqda saxlayır, salonda və ya nəqliyyat vasitəsindən kənara atılma riskini əhəmiyyətli dərəcədə azaldır.

Heç bir sürücü qəzanın nə vaxt baş verəcəyini əvvəlcədən bilmir. Lakin hər kəs avtomobil hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamaqla mümkün ağır nəticələrə qarşı tədbir görə bilər. Bu hadisədə bir saniyə ərzində bağlanan kəmər bir insanın həyatını qorudu. Təhlükəsizlik kəmərindən istifadəni seçim kimi deyil, həyatınızı qoruyan zəruri qayda kimi qəbul edin", – deyə Rövşən Tağıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar