Azərbaycan futbolu ilə bağlı araşdırmanın nəticələri açıqlandı
11 dekabr 2019 13:41 (UTC +04:00)

Azərbaycan futbolu ilə bağlı araşdırmanın nəticələri açıqlandı

“UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub.

Apasport.az saytının məlumatına görə, UEFA-nın maliyyə dəstəyi ilə “Nielsen” şirkəti tərəfindən aparılan araşdırma ilə bağlı tədbir “Baku Boulevard Hotel”də baş tutub.

Araşdırma futbol ilə bağlı müxtəlif sahələri əhatə edib. UEFA-nın Milli Assosiasiyaların Biznes İnkişafı üzrə koordinatoru Manuel Ruess bu gün araşdırmanın nəticələrini AFFA əməkdaşlarına təqdim edib, nəticələr və gələcək planlar müzakirə olunub.

Bu araşdırma sayca üçüncüdür. Daha öncə “Kantar Media” şirkəti tərəfindən 2015 və 2017-ci illərdə ölkə üzrə analoji araşdırma keçirilib. “UEFA GROW” UEFA-nın 55 üzv milli assosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin aktiv iştirakçılarındadır.

# 826
avatar

Oxşar yazılar