"Mən ancaq yemək yeyəndə xoşbəxt oluram"  - 46 yaşlı müğənnimiz
09 dekabr 2019 10:37 (UTC +04:00)

"Mən ancaq yemək yeyəndə xoşbəxt oluram" - 46 yaşlı müğənnimiz

Müğənni İlahə Fəda vücudu ilə bağlı ona ünvanlanan tənqidlərə cavab verib. Lent.az-ın məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkədə video yayıb:

 

“Arıqlasam nə olacaq ki? Daha gözəl görsənəcəm. 46 yaşım var. Bir az arıqlasam, qəşəng görsənərəm. Mən yaşımın gözəl qadınıyam. O qədər bu yaşda gözəl görsənən qadınlar var ki... Baxın, mənim gözümdə, üzümdə qırışlar əmələ gəlib. Bu qırışlar mənim üçün əzizdir. Bu həyatda yaşadılqrımdı. Gedib botoks etdirim? Yox. Bu mənəm. Belə qəbul edin. Mən arıqlaya bilmirəm. Çünki 2011-ci ildən sonra həyatım alt-üst oldu. Mən ancaq yemək yeyəndə özümü xoşbəxt his edirəm. Bu xoşbəxtçiliyi məndən almayın”.

# 1967
avatar

Yalçın UĞUR

Oxşar yazılar