68 il birgə yaşadılar, bir gün fərqlə öldülər
06 dekabr 2019 19:22 (UTC +04:00)

68 il birgə yaşadılar, bir gün fərqlə öldülər

 


ABŞ-ın Minnesota ştatından olan ər-arvad 68 il birgə yaşadıqdan sonra bir gün fərqlə dünyadan köçüblər. 

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, Robin və Korin Conson Norslend dairəsindəki fermaya toylarından bir müddət sonra yerləşiblər. Onlar orada 67 il yaşayıblar, qarşıdalı, soya və buğda yetişdiriblər, uşaqlarını böyüdüblər. Ərlə arvad Allaha inanıblar və vaxtaşırı yerli kilsəyə gediblər. 

Altı ay əvvəl hər ikisinin səhhəti hissediləcək qədər pisləşib, onlar xəstəxanaya yerləşdiriliblər. Robində xərçəng, Korində ürək çatışmazlığı aşkarlanıb. Qadın noyabrın 24-də 87 yaşında vəfat edir, növbəti gün isə 88 yaşlı əri dünyadan köçür. 

Cütlüyün 6 qardaş və bacısı, 7 övladı, 14 nəvəsi və 15 nəticəsi qalıb. Anım mərasimi dekabrın 10-na planlaşdırılıb.

# 2120
avatar

Oxşar yazılar