Bu toyuqlar uşaqlarda vaxtından tez cinsi yetişkinlik yaradır - HƏKİM DANIŞIR
08 dekabr 2019 12:22 (UTC +04:00)

Bu toyuqlar uşaqlarda vaxtından tez cinsi yetişkinlik yaradır - HƏKİM DANIŞIR

Broyler toyuqlarının insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb. Bu dəfə isə broyler toyuqlarının uşaqlarda cinsi yetişkinlik yaratması ilə bağlı məlumatlar yayılıb.

Maraqlıdır, bu toyuqlar həqiqətən uşaqlarda cinsi yetişkənlik yaradırmı?

Pediatr Sara Mansurova Lent.az-a bildirib ki, broyler toyuqları uşaqlara olduqca zərərlidir:

“Broyler toyuqları həddən artıq piylənməyə, şəkərli diabetə və orqanizmdə digər ciddi  problemlərə yol açır. Bundan başqa, onların yemlərinə qatılan preparatlar, uşaqlarda zamanından tez cinsi yetkinlik yaradır. Yəqin ki, bişirərkən şahidi olmusunuz,  bu toyuqların əti çox şişkindir, amma sümükləri çox balaca və kövrəkdir. Bu isə göstərir ki, həmin toyuqlar süni böyüdülür. Son zamanlar isə bu toyuğun verdiyi zərərlərin nəticəsi ilə daha tez-tez qarşılaşırıq. Bir valideyn 3 yaşlı uşağını həkimə gətirmişdi, məlum oldu ki, körpədə artıq cinsi yetkinlik baş verir. Araşdırma aparıldı və məlum oldu ki, uşaq həmin toyuqların ətindən tez-tez yediyi üçün onda cinsi hormonlar tez inkişaf etməyə başlayıb. Hətta broylerləri çox yeyən uşaqlar o qədər öyrəşirlər ki, həyət toyuğunu yemək istəmirlər. Bundan başqa, uşaqlarda immunitet sistemini də broyler toyuqları aşağı salır. Bu toyuqlar hər kəsə zərərlidir, uşaqlara isə qətiyyən vermək məsləhət deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar